in Rəsulullah (s.ə.v)-in dilindən cənnət

Cənnət xəzinələri

Hədislərdə bəhs olunan xəzinələr də Cənnətdəki möhtəşəm zənginliyi vurğulayır. Bu zənginliyi düşünərkən bunun çox qüdrətli, mülkünün sonu olmayan Allahın bir əsəri və təcəllisi olduğu, Rəbbimizin qullarından istədiyinə bu nemətləri verdiyi unudulmamalıdır. Peyğəmbərimiz (s.ə.v) bu həqiqəti bu sözləriylə xatırlatmışdır:


Sənə ərşin altından, Cənnət xəzinələrindən bir sözə dəlalət edimmi? Belə deyərsən: "La havlə vəla qüvvətə İlla Billah" (Allahdan başqa nə məhrum edəcək, nə də verəcək bir güc vardır) Onda Allah buyurar ki: "Qulum təslim oldu və nicat tapdı". [Ramuz el-Ehadis-1, səh. 166/3]


Dünyadakı zənginlik eynilə insanın sahib olduğu digər hər şey kimi əbədi və daimi deyil. Bir insan nə qədər zəngin olursa olsun, bu zənginliyi sadəcə bir neçə on il davam edəcəkdir. Bundan daha artığına hər şeydən əvvəl insanın öz ömrü çatmaz. Buna görə də iman etməyən kəslərin dünyadakı ən böyük hədəflərindən birini təşkil edən, onların həris bir xarakterə bürünmələrinə səbəb olan varlanma hərisliyi çox qısa bir müddət davam edər. İncildə də dünya sərvətinin müvəqqəti olduğu, əsl əbədi olanın isə Cənnətdəki xəzinələr olduğu və bu səbəblə də iman edənlərin axirət üçün səy göstərmələrinin lazım olduğu yazılmışdır:


Yer üzündə özünüzə xəzinələr yığmayın. Burada güvə və pas onları yeyib bitirər, oğrular da girib oğurlayarlar.Bunun əvəzinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları xarab edər, nə də oğrular girib oğurlayar. Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq.
(Matta, 6-cı hissə, 19-21)

 

Digər bir tərəfdən nə qədər böyük bir zənginlikdən söhbət getsə belə, yeri gələndə buna bir dəyər biçə bilmək, nəticəni rəqəmlərlə ifadə edə bilmək mümkündür. Halbuki Cənnət nemətləri dəyəri ölçülə bilməyəcək qədər böyük gözəlliyə və xüsusiyyətlərə malikdir və Allahın razı olduğu qullarına hesabsız şəkildə verilər. Allah Quranda, "bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir" (Sad surəsi, 54) ayəsiylə Cənnət nemətlərinin bu xüsusiyyətlərini bildirmişdir. Başqa bir ayədə isə Allah "tükənib-azalmayan və qadağan edilməyən (meyvələr)" (Vaqiə surəsi, 33) deyə buyuraraq Cənnətdəki qidaların da eyni xüsusiyyətə sahib olduqlarını bildirir. Allahın bildirdiyi kimi Cənnət nemətləri tükənməz, azalmaz və yox olmaz. Bu nemətlər Cənnət əhlinə daim verilər. Cənnət xəzinələri, şübhəsiz ki, Allahın iman edən qullarına Cənnətdə təqdim edəcəyi nemətlərdəndir. Bütün mülkün sahibi olan Allah, Cənnəti üçün seçdiyi qullarına bu xəzinələri hesabsız şəkildə, sonsuza qədər verəcək.