Qiymətli daşların və filizlərin bolluğu

Allah, Quranda bildirdiyi "Onlar diqqətlə bəzənmiş ləl-cəvahiratlı taxtlar üstündədirlər" (Vaqiə surəsi, 15) "Ədn cənnətləri (onlarındır); oraya girərlər, orada qızıldan bilərziklərlə və incilərlə bəzənərlər..." (Fatir surəsi, 33) ayələriylə Cənnətdə müxtəlif ləl-cəvahiratlar və qiymətli daşların olmasına diqqət çəkir. Cənnətlə əlaqədar olaraq Quranda və hədislərdə bəhs olunan ləl-cəvahiratlar, bəşəriyyət tarixində daim zənginlik və ehtişamın simvolu olmuşdur. Çox qiymətli olan bu ləl-cəvahiratlar az hallarda rast gəlinən gözəlliyə sahibdirlər. Almaz, mirvari, yaqut, qızıl, gümüş kimi zinətlər bütün insanların bəyəndikləri, bunlarla bəzənmiş əşyaları görməkdən zövq aldıqları gözəlliklərdir.
Cənnət neməti olaraq mirvaridən bəhs edilən hədislərdən bir neçəsi belədir:


...Behiştliklərin başında tac vardır. Tacdakı tək bir mirvari belə, məşriq (şərq) ilə məğrib (qərb) arasını işıqlandırar. [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]


Qadının boynundakı mirvarilərdən biri qərblə şərq arasını işıqlandırar... Başında olan tacların ən kiçik mirvarisi də yenə şərqlə qərb arasını işıqlandırar. [Ramuzel-Ehadis-1, səh. 99/8]


Mirvari Cənnətdəki nemətlərin görülməmiş dəyərlərini vurğulamaq baxımından əhəmiyyətli bir nümunədir. Mirvarinin çıxarıla bilməsi üçün, təhlükəli dənizlərdə bir çox dəfə dərinliklərə daxil olmaq lazımdır. Üstəlik çox sayda toplanan istiridyənin az bir qismində bu qiymətli zinətə rast gəlinir. Bu kiçik daşın gözəlliyi ilə yanaşı onu dəyərli edən başqa bir xüsusiyyət də yuxarıda izah etdiyimiz kimi böyük zəhmətlər nəticəsində əldə edilməsidir.

Dünyada əldə etmək üçün xeyli vaxt, zəhmət və xərc tələb edən bu qiymətli daş axirətdə bol miqdarda olacaq. Olduqca qiymətli, aztapılan bir gözəlliyin bol olması, şübhəsiz ki, insan ruhunda fərqli bir həyəcan meydana gətirəcək. Həmçinin ayələrdə bildirilən Cənnət nemətləri bizim təsəvvür etdiyimizdən çox fərqli gözəlliklərdə ola bilər. Hədislərdə də "şərq ilə qərb arasını işıqlandıracaq parlaqlıqda olan bir mirvari"dən bəhs edilərkən, bizim belə bir mirvarinin parlaqlığını, valehedici xüsusiyyətini təsəvvür etməyimiz qeyri-mümkün ola bilər.