Cənnətdəki zənginlik və bolluq

Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə zənginlik hər dövrdə güc və etibarın simvolu olmuş və insanların həyatları boyu adətən birinci dərəcəli hədəflərindən biri olmuşdur. Bunun səbəblərindən biri iman etməyən insanların çox vaxt, ancaq zəngin olduqları təqdirdə həqiqi mənada xoşbəxt ola biləcəklərini düşünmələridir. Bu kəslər sahib olduqları şeyləri ancaq bu yolla zəmanət altına ala biləcəklərini, rahatlığı, dincliyi və xoşladıqları gözəl şeyləri də bu yolla əldə edə biləcəklərini zənn edirlər. Bu səbəbdən də bütün ömürləri boyunca mal-mülk əldə etmək, pul yığmaq və məqsədəuyğun sərmayələr qoymaq üçün səy göstərərlər. Digər bir tərəfdən də bir gün bitəcəyi, tükənəcəyi qayğısından ötrü sahib olduqları bu malları, əşyaları istifadə etməkdən, pulları xərcləməkdən mümkün qədər çəkinər, sərvətlərinin daimi olması üçün hər üsulu tətbiq edərlər.


Ancaq dünya şərtlərində nə qədər çalışılırsa çalışılsın, sahib olunan zənginlik insanın ruhunda gözlənildiyi kimi bir zövq meydana gətirməz. Bəzi sahələrdə adama rahatlıq versə də, qüsurlarla, əskiklərlə dolu dünya şərtlərində yaşanan zənginlik də ancaq buna uyğun bir ölçüdədir. Necə ki, "dünya" sözü ərəbcədəki "deniy" sözündən meydana gəlmişdir. Bu söz isə alçaq, dəyərsizləşmiş, bəsit, dəyərsiz kimi mənalara gəlir.


Allahın dünyanı bu şəkildə əskik, qüsurlu və müvəqqəti kimi sifətlərlə yaratmasının bir hikməti də, insanların Cənnətdəki gözəlliklərin dəyərini daha yaxşı təqdir edə bilmələrini təmin etmək ola bilər. Bunu belə bir nümunə üzərində düşünə bilərik: Uşaqlığından etibarən yoxsulluq içində yaşayan bir adam, olduqca gözoxşayan əşyaların olduğu, dəyəri ölçülə bilməyəcək qədər çox gözəl incəsənət əsərlərinin olduğu, aztapılan qidalardan ibarət olan nemətlərin təqdim edildiyi, qiymətli daşlarla bəzənmiş bir məkana dəvət edilsə, qarşılaşdığı bu mühitin gözəlliyindən çox təsirlənəcək, xeyli coşacaqdır. Şübhəsiz ki, adamın aldığı bu zövq və keçirdiyi həyəcan hissi uşaqlığından etibarən bu mühitdə yaşayan bir adama nəzərən daha çox olacaq. Bizim dünyadakı mövqeyimiz də bir mənada bu yoxluq və yoxsulluq içindəki adamın vəziyyətinə bənzədilə bilər. Ancaq burada ifadə etmək lazımdır ki, dünyadakı ən zəngin adam da, Cənnət şərtləri qarşısında kasıb bir adamdır. Üstəlik insan dünya şərtlərində bu zənginliyə də həqiqi mənada heç vaxt sahib ola bilməz. Çünki, dünyanın ən zəngin adamı da olsa sonunda bir neçə metr bezə sarılaraq torpağa basdırılacaq, beləcə sahib olduğu hər şeyi, bütün sərvətini geridə qoyacaq. Allah bir ayədə dünyadakı nemətlərin müvəqqəti olduğunu belə bildirir:

 

Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona qadir olduqlarını güman etdikləri vaxt, gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə bir-bir izah edirik. (Yunis surəsi, 24)

 

Cənnət mühitində bəxş edilən zənginlik dünya şərtlərinin əksinə insanların ürəklərinin istədiyi kimi yaşayacaqları, heç vaxt bitmə, tükənmə narahatlığı keçirməyəcəkləri bir zənginlikdir. Necə ki, Quranda bildirilən "hara baxsan, bir nemət və böyük bir mülk görərsən" (İnsan surəsi, 20) ayəsiylə Cənnətdəki bu zənginliyə diqqət çəkilmişdir.


İncildə də Cənnət xüsusiyyəti olaraq bolluq təsvir edilir:


Sizdə olanı verin, sizə veriləcəkdir. Yaxşı şəkildə basdırılmış, silkələnmiş və daşmış, dolu bir qabla qucağınıza boşaldılacaq. Hansı ölçüdə versəniz, eyni ölçüdə alacaqsınız. (Luka, 6-cı hissə, 38)


Cənnətdəki zənginlik Allahın sonsuz gözəllikdəki sənətinin təcəllilərini və göz qamaşdıran böyük bir ehtişamı əhatə edən, ən yaxşı estetik xüsusiyyətləri və uyğunluğu təqdim edən bir zənginlikdir. Həmçinin də bütün bu gözəlliklər möminlərin istək və arzularına ən çox xitab edən halı ilə bəxş edilir. Çünki zənginlik, ancaq bu şəkildə gözəlliklərə çevrildiyi təqdirdə insan ruhuna zövq verə bilər.


Sonrakı səhifələrdə "Cənnətdəki gözəl məkanlar" başlığı altında verilən bir çox hədis, eyni zamanda Cənnətdəki zənginliyi də vurğulayır. Çünki, bu məkanların gözəlliyi, estetik olmalarıyla yanaşı bəzədilmələri üçün istifadə edilən vəsaitlərin çox qiymətli olmalarından da qaynaqlanır. Peyğəmbərimiz (s.ə.v) bir hədisdə, Cənnətin tikilməsində hansı vəsaitlərdən istifadə olunduğunu soruşan bir adama belə cavab vermişdir:


Gümüş kərpicdən və qızıl kərpicdən! Qarışığı da qoxulu müşkdən. Cənnətin daşları inci və yaqut, torpağı isə zəfərandandır... [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]

 

Yadda saxlanılması lazım olan başqa bir şey isə; Cənnət əhli üçün vəd edilən zənginliyin həddi-hüdudu olmayan, bitmə, tükənmə narahatlığının yaşanmadığı bolluqda olmasıdır.