Nəticə

Sayt boyunca anlattığımız tüm bu güzellikler hepimize bir an sonrası kadar yakındır. Hər an ölümlə birlikdə bitəcək bu dünya həyatı, axirətdəki sonsuz həyatın başlanğıcıdır. Bu səbəbdən də hər an, hər saniyə axirətə keçilə biləcəyini unutmamaq, cəhənnəmə getmə ehtimalından qorxmaq və bundan ötrü də cənnətdəki sonsuz nemətə qovuşmaq üçün hazırlıq görmək hamı üçün çox əhəmiyyətlidir.
Lakin şeytan insana Allahın cənnətdə vəd etdiyi gözəllikləri, əbədi həyatı unutdurmaq, düşündürməmək istəyir. Əksinə qüsur və əskikliklərlə dolu olan dünya nemətlərindən razı qalmağı, bunlarla bir neçə on il yaşamağı asanlıqla əldə olunan bir fayda kimi göstərir. Halbuki şeytana qarşı tam əks bir rəftarla cənnətin çox yaxın olduğu həqiqətini yadda saxlayaraq səmimi bir səy göstərmək lazımdır.


Bütün səmimi müsəlmanlar sonsuz mərhəmət, sonsuz rəhmət, sonsuz ağıl və güc sahibi olan, qullarını sevən, onları qoruyub himayə edən, dünyada və axirətdə onların yaxşılığını istəyən, onlara dünyada gözəl və şərəfli bir həyat, axirətdə isə cənnəti vermək istəyən Allahın zəmanəti altındadırlar. Buna görə də müsəlmanlar bu sevinc dolu neməti heç vaxt unutmamalı və bir-birlərini bu yaxın nemətlə müjdələməlidirlər. Necə ki, Allah Quranda möminlərin bu mövzuda bir-birini müjdələdiklərini buyurur:

 

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır… (Tövbə surəsi, 111)

 

…Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)