Cənnətdəki gözəl qoxular

Gözəl qoxu Allahın insanlara verdiyi çox böyük bir nemətdir. Lakin dünyada ən gözəl qoxunun təsiri belə, çox qısa müddət davam edər. Qoxu molekullarının havada yayılması və burnun da bir müddət sonra bu qoxuya alışması bu nemətdən alınan zövqü məhdudlaşdırar. Buna görə də qoxunun gözəlliyi qədər, öz təsirini saxlaması da əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v) hədislərində cənnətdəki qoxuların gözəlliyinə və təsirinə belə işarə etmişdir:


Cənnət qadınlarından bir qadın yer üzünə baxsa, yer üzü müşk qoxusuyla dolar və üzünün nuru Günəş və Ayın işığını söndürər. [Ramuz el-Ehadis-2, səh. 355/5]


Əgər bir huri barmaqlarından birini dünyaya göstərsə (yer-göy əhli) hər bir canlı, onun qoxusunu hiss edərdi. [Ramuz el-Ehadis-2, səh. 355/4]


Cənnətin qoxusu beş yüz illik bir uzaqlıqdan hiss edilər. Axirət əməli ilə dünyanı tələb edən bir kimsə Cənnətin bu qoxusunu hiss edə bilməz. [Ramuz el-Ehadis-1, səh. 292/3]

 

Peyğəmbərimiz (s.ə.v): “Qidalar ən təravətli və ən gözəl qoxulara malikdir" hədisiylə də cənnətdəki qidaların qoxularındakı gözəlliyi xəbər verir. [Kütüb-i Sitte-14, səh. 448/3]


Yeməklərin ləzzətini hiss etməyimizdə qoxunun çox böyük bir payı vardır. Məsələn, bişən bir kakaolu keksin cəlbedici olmasının səbəbi, ətrafa yayılan kakao və vanil qoxusudur. Eynilə manqalda bişən ətdən, portağaldan, pomidordan, qəhvədən ya da başqa bir qida və içkidən zövq almağımızdakı səbəblərdən biri bu qida və içkilərdəki qoxudur. Qoxu hissimiz olmasaydı yediklərimizi bir-birindən ayırd etməyimiz, hər birindən ayrı-ayrı ləzzət almağımız da mümkün olmazdı. Bu baxımdan qoxunun nemətlərin ləzzətindən alınan zövqü tamamlayıcı bir cəhəti vardır.


Cənnətdəki qoxuların gözəlliyindən bəhs edilən digər bir hədis isə belədir:


...Birdən şimal küləyi əsər və beləliklə də onların üzlərinə və paltarlarına ən gözəl qoxuları yayar. [Tezkireti'l Kurtubi, səh. 325/562]


Bir hədisdə də qoxusuyla diqqət çəkən bitkilərdən belə bəhs edilir:


Şübhəsiz ki, xına (boyası və qoxusu) cənnətdəki qoxuların şahıdır... Allah Təala cənnəti yaratdığı vaxt onu (gözəl) reyhan qoxusu ilə bürüdü, reyhan qoxusunu da hər tərəfdən xına (qoxusu) ilə bürüdü... [Tezkireti'l Kurtubi, səh. 342/619]


Hədislərdə bəhs edilən reyhan gözəl qoxusuyla tanınan bir bitkidir. Ancaq bizim bildiyimiz, tanıdığımız qoxular da cənnətdə xeyli fərqli, çox xoşlayacağımız şəkildədir. (Doğrusunu Allah bilir.)

Həmçinin cənnət mühitindəki qoxular insanlara zövq verən bir nemət olmaları üçün yaradıldıqlarından, dünyada tez-tez təmasda olduğumuz xoşagəlməz qoxuların heç biri orada olmayacaq. Bu cür qoxular insanlara dünyanın çatışmayan cəhətlərini xatırladan, onların cənnət mühitini arzulamalarına vəsilə olan dünyaya məxsus qüsurlardır. Cənnətdə bu kimi nöqsanlar aradan qaldırıldığı kimi, hər yeri də insan ruhunun zövq alacağı xoş qoxular bürüyəcəkdir. Necə ki, Peyğəmbərimiz (s.ə.v) bir hədisində cənnət üçün "...hər tərəfindən gözəl qoxular yayılır..." deyə bildirmişdir. [Ramuz el-Ehadis-1, səh.170/1]