Cənnətdəki mülkün bolluğu

Mülkün, zənginliyin hesabsız şəkildə bol olması Cənnətə məxsus bir xüsusiyyətdir. Peyğəmbərimiz (s.ə.v) hədislərində, Cənnətdəki mülkün bolluğu ilə əlaqədar olaraq belə buyurmuşdur:

 

Cənnətdə ən aşağı dərəcəyə sahib olan kimsənin cənnətdəki mülkünün tamaşası (seyr etməsi, gəzməsi) iki min il çəkər və bu mülkün ən uzaq qismini ən yaxın kimi görər...
[Ramuz el-Ehadis-1, səh. 113/8]

 

Əgər Cənnətdə olan şeylərdən bir dırnaq ölçüsündə hər hansı bir şey görünsəydi yer ilə göy arasını başdan-başa bəzəyərdi. Əgər Cənnət əhlindən bir adam görünüb bilərziklərini göstərsəydi, Günəşin ulduzların işığını kölgədə qoyduğu kimi Günəşin işığını kölgədə qoyardı.
[(Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 409/10096]

 

Hədisdə də diqqət çəkildiyi kimi Cənnətdəki nemətlərin çox az bir hissəsi belə dünya ölçüləri ilə müqayisə edildikdə çox möhtəşəm bir böyüklüyü əks etdirir. Yuxarıdakı hədislərdən birində bilərziklərin ulduzlardan daha parlaq olduqları ifadə edilərək göz qamaşdırıcı olduqlarına diqqət çəkildiyi halda, başqa bir hədisdə isə Cənnət əhlinin zinətlərinin dirsəklərə qədər gəlib çıxmasına diqqət çəkilərək, yenə buradakı bolluq vurğulanır:

 

Cənnət əhlinin zinətləri, dəstəmaz suyunun çatdığı yerlərə kimi çatar.
[Ramuz el-Ehadis-1, səh. 247/7]